Honkonq dünyanın ən dinamik və canlı şəhərlərindən biridir. Dağlarla dənizin qovuşduğu bu ada-şəhər öz göydələnləri, rəngli gecə həyatı və dadlı mətbəxi ilə tanınır. Faraon Travel sizə Honkonqun həm işgüzar, həm də turistik tərəflərini kəşf etmək üçün ən yaxşı turlar təqdim edir.
Viktoriya zirvəsindən möhtəşəm mənzərə
Şəhərin ən hündür nöqtəsi olan Viktoriya zirvəsinə (Victoria Peak) çıxaraq Honkonqun göydələnlərini quş baxışı ilə izləyə bilərsiniz. “Ulduz bərələri” (Star Ferry) ilə dəniz gəzintisi və “Avenue of Stars” sahilboyu parkında gəzinti səyahətinizin unudulmaz anları olacaqdır. Uşaqlar və ailələr üçün isə Honkonq Disneylendi əsl əyləncə mərkəzidir.